Millidən tarixi rekord -  Avropa çempionu oldu
03 aprel 2022 22:51 (UTC +04:00)

Millidən tarixi rekord - Avropa çempionu oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb. 

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 10 güləşçiylə yarışda təmsil olunan komandamızın 8 üzvü fəxri kürsüyə qalxıb. Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Onlar komandaya müvafiq olaraq 25, 20 və 15 xal qazandırıblar. Beşinci yeri tutan Murat Lokyayevlə (97 kq) Beka Kandelaki (130 kq) isə 10 xalı millimizin xal ehtiyatına əlavə edib.

Beləliklə, yığmamız 165 xalla tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub. Həm medalların sayına, həm əyarına, həm də toplanan xallara görə Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekordun qeydə alınıb.

Qeyd edək ki, bir neçə gün öncə sərbəst güləş millimiz komanda hesabında Avropa çempionu olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986
avatar

Oxşar yazılar