“Milan” onun üçün “Çelsi”dən  150 milyon   tələb etdi
13 dekabr 2022 13:34 (UTC +04:00)

“Milan” onun üçün “Çelsi”dən 150 milyon tələb etdi

"Milan" portuqaliyalı vinqer Rafael Leau ilə yollarını ayırmağa hazırdır. 

Lent.az bildirir ki, bu barədə britaniyalı jurnalist Florian Plettenberq məlumat verib.

Onun sözlərinə görə, dünya çempionatı zamanı italyanlara “Çelsi”dən təklif gəlib. London klubu futbolçunu 70 milyon avroya almaq istəsə də, buna nail ola bilməyib. San Siroda yarımmüdafiəçinin satışından ən azı 150 milyon avro əldə etmək istədiklərini açıq şəkildə bildiriblər.

Xatırladaq ki, 23 yaşlı Leau 2019-cu ilin avqustundan "qırmızı-qaralar"da çıxış edir. O, Fransanın “Lill”indən 29,50 milyon avroya alınıb.

Cinah oyunçusu bu mövsüm A Seriyasında 14 oyuna çıxıb və 6 qol vurub. Onun hesabında 5 məhsuldar ötürmə də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Oxşar yazılar