Messinin atası vəfat etdi
08 avqust 2026 15:13 (UTC +04:00)

Messinin atası vəfat etdi

0

Lionel Messinin atası Xorxe Messi 68 yaşında Rosario şəhərindəki klinikalardan birində vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Argentinanın “Infobae” qəzeti məlumat yayıb. Bildirilir ki, o, uzun müddət xəstəliklə mübarizə aparıb, lakin söhbətin konkret hansı xəstəlikdən getdiyi açıqlanmayıb.

Dünya çempionatına Əlcəzair millisinin qapısına vurduğu het-triklə başlayan Messi (3:0) oyundan sonra göz yaşlarını saxlaya bilməyib. O, müsahibəsində emosional reaksiyasının idmanla bağlı olmadığını, son günlərdə yaşadığı çətinliklərdən qaynaqlandığını deyib.

Həmin vaxt Messinin atasının ağır xəstə olması barədə məlumatlar yayılmağa başlayıb. Buna səbəb Xorxe Messinin Argentina millisinin oyunları zamanı Leonun ailəsi ilə birlikdə tribunalarda görünməməsi olub.

Messinin ailəsi iyun ayında yaydığı açıqlamada Xorxe Messinin həqiqətən də müalicə aldığını, lakin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Açıqlama “La Opinion” nəşrinin onun hələ yanvar ayında ciddi sağlamlıq problemləri ilə üzləşdiyini, dünya çempionatının başlaması ərəfəsində isə vəziyyətinin pisləşdiyini yazmasından bir gün sonra yayımlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar