İş adamı Müşraf əl-Hamdi PSJ ilə “Əl-Nasr” və “Əl-Hilal”ın birləşmiş komandası arasında keçiriləcək oyuna 2,5 milyon avroya bilet alıb,
Lent.az xarici mediaya istinadla bildirir ki, bunu Səudiyyə Ərəbistanının Əyləncə məsələləri üzrə baş idarəsinin sədri Turki Əl əş-Şeyx deyib.
Məbləğin Səudiyyə dövləti “Ehsan” xeyriyyə təşkilatına veriləcəyi qeyd edilir. Alınan bilet təkcə xeyriyyə işlərinə töhfə vermir, həm də əl-Həmdiyə oyunu VİP zonadan izləmək və oyundan sonra soyunub-geyinmə otağına daxil olmaq və Lionel Messi və Cristiano Ronaldo ilə görüşmək imkanı verir.
PSJ və Səudiyyə Ərəbistanının iki ən yaxşı komandasının millisi arasında görüş yanvarın 19-da Ər-Riyadda baş tutacaq.