Fransa çempionu PSJ və Argentina milli komandasının 35 yaşlı hücumçusu Lionel Messi Qətərdə keçiriləcək dünya çempionatının favoritlərini açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Messinin fikrincə, dünya çempionatının favoritləri Braziliya, Almaniya, Fransa və İspaniyadır.
“Başqa hansısa ölkəni unutduğuma əminəm. Braziliya və Fransa isə əsas favoritlərdir”, - Messi deyib.
Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 20-də başlayacaq və dekabrın 18-də başa çatacaq.