Dominikan Respublikasının paytaxtı Santo Dominqoda keçirilən boks qalası zamanı qalmaqal yaşanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, döyüş başa çatdıqdan sonra boksçu hakimə hücum edib.
Anxel Kruz Conson və Xulio de Xesus Rodriges rinqə çıxıblar. Mübarizə vaxtından əvvəl bitib.
Döyüşün ikinci raundunun ortalarında Conson rəqibinin üzünə zərbə endirib. Xesus Rodriges ilk baxışdan mübarizəni davam etdirə bilsə də, açıq-aydın tərəddüd edib.
Reqlamentə uyğun olaraq, hakim boksçuya yaxınlaşaraq onun döyüşə hazır olub-olmadığını yoxlayıb. Bir neçə saniyədən sonra o, Rodriqesin qarşıdurmada iştirak edə bilməyəcəyini düşünüb və mübarizəni dayandırmaq qərarına gəlib.
Məhz bu səbəbdən Rodriges qəzəbli şəkildə hakimi itələyib, daha sonra isə onun üzünə vurub.
Lent.az hadisədən görüntüləri təqdim edir: