"Mançester Yunayted"  fransız hücumçunu   heyətinə qatmağa hazırlaşır
07 mart 2025 16:24 (UTC +04:00)

"Mançester Yunayted" fransız hücumçunu heyətinə qatmağa hazırlaşır

0

İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsi üçün yeni hədəf tapıb.

Lent.az bildirir ki, bir sıra ingilis nəşrlərinin yazdığına görə, mankunianlılar "Kristal Pelas"dan Jan-Filip Matetanı almaq niyyətindədirlər. Fransız hücum mövqeyini gücləndirməyə namizədlərdən biridir.

“Qırmızı şeytanlar” son bir neçə ayda Matetanı diqqətlə izləyib. 

27 yaşlı hücumçunun potensial transfer qiyməti 60 milyon funt-sterlinq dəyərində ola bilər.

Bu mövsüm futbolçu 33 oyunda 15 qol vurub.

Xatırladaq ki, Mateta bundan əvvəl dəhşətli zədə almışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1575

Oxşar yazılar