İspaniya millisinin mətbuat xidməti millinin baş məşqçisi Luis Enrikenin istefa verdiyini açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis 2019-cu ildən millinin baş məşqçisi idi.
Xatırladaq ki, ispanlar Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Mərakeş yığmasına uduzaraq 1/4 finala yüksələ bilməyiblər.