Kriştiano sevgilisinə hava öpüşü göndərdi -  VİDEO
23 fevral 2024 19:33 (UTC +04:00)

Kriştiano sevgilisinə hava öpüşü göndərdi - VİDEO

Fevralın 21-də “Əl-Nəsr” cavab görüşündə də “Əl-Feyha”nı məğlub edərək, mötəbər turnirin 1/4 finalına yüksəlib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo “Əl-Nəsr”in Asiya Çempionlar Liqasının 1/4 finalına yüksəlməsini qeyd edib. O, sevgilisi Corcinaya hava öpüşü göndərməklə qələbəsini qeyd edib.

Kriştiano və Corcina Rodriqes 2016-cı ildən münasibətdədir. Cütlüyün beş övladı var. 2010-cu ildə futbolçunun surroqat anadan Kriştiano Ronaldo Junior adlı ilk övladı, 2017-ci ildə isə əkizləri Metyu və Eva dünyaya gəlib. Elə həmin il Corcina yuvarlaq qarınlı bir fotoşəkil yayımladı, 2017-ci ilin payızında idmançı dördüncü dəfə ata olub. Cütlüyün Alana-Martina adlı bir qızı var. 2021-ci ildə Rodriqes əkizlərə hamilə idi; 2022-ci ilin yazında qadın bir oğlan və bir qız dünyaya gətirib. Lakin oğlan doğulduqdan az sonra dünyasını dəyişib.

 

# 5916
avatar

Arzu Qurbanlı

Oxşar yazılar