Kiyevin "Dinamo" futbol klubunun keçmiş məşqçisi (2009–2010), Rusiya vətəndaşı Valeri Qazzayev rusları Ukraynaya gedib döyüşməyə çağırıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, "Dinamo"nun keçmiş məşqçisi deyib:
"İstənilən ölkənin tarixində vətəninin, xalqının, ailəsinin müdafiəsinə qalxmaq lazım gələn dövrlər olur. Hər bir vətəndaş bunu etməlidir. Vətənpərvərlik və vətənə sevgi də elə budur".