Keçmiş braziliyalı hücumçu Adriano evləndikdən 24 gün sonra həyat yoldaşı Mikaela Meksitadan ayrılıb.
Lent.az bildirir ki, “Globo Extra”nın məlumatına görə, 40 yaşlı braziliyalı 25 yaşlı qızla dünya çempionatında Braziliya və İsveçrə milli komandaları arasında keçirilən oyunu (1:0) izləmək üçün dostlarının yanına gedib və iki gün yoxa çıxdığı üçün mübahisə edib.
Cütlük ailəsi və yaxın dostları üçün həftə sonu tədbiri planlaşdırıb, lakin Adrianonun Qətərə getməsi səbəbindən baş tutmayıb.
Mikaela "İnter"in keçmiş hücumçusunun izahatlarından narazı qalıb, nəticədə onlar sosial şəbəkələrdə bir-birini izləmədən çıxıblar. Qız bütün birgə şəkilləri də silib.