"Mançester Yunayted" üçün daha bir pis xəbər Kazemirodan gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, braziliyalı yarımmüdafiəçi millidə aldığı zədədən sonra "Nyukasl" ilə oyunda yenidən zədələnib.
Oyunun fasiləsində Braziliya millisinin futbolçusu Sofyan Amrabatla əvəzlənib.
Baş məşqçi Erik ten Haq oyundan sonra jurnalistlərə verdiyi açıqlamada zədənin xarakterini açıqlamayıb: "O, fasiləyə az qalmış zədələndi. Ona görə də onu meydandan çıxarmalı olduq".
Kazemironun qayıtma tarixi ilə bağlı danışan ten Hag deyib: "Cavab verə bilmərəm, 24 saat gözləməliyik, amma düşünürəm ki, o, şənbə günü mütləq meydançaya çıxa bilməyəcək".
Kazemiro ötən ay Dünya Çempionatının seçmə mərhələsində Venesuela ilə oyunda topuğundan zədə alıb.