"Beşiktaş"ın vitse-prezidenti Hüseyn Yücel komandanın baş məşqçi postu üçün Joze Mourinyo ilə görüşdüklərini açıqlayıb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Təxminən bir ay əvvəl İstanbulda Joze Mourinyo ilə görüşdüm. Onu “Beşiktaş”da görmək istədiyimi dedim. “Beşiktaş”ın kimyasına uyğun olduğunu bildirdim. Joze Mourinyo təklifdən sonra dəyərləndirmə aparacağını, Beşiktaşı izləyəcəyini və geridönüş edəcəyini bildirdi. Mourinyo bir müddət sonra gəlməyə razı oldu. Gələn həftə İtaliyada daha bir görüşüm olacaq. O, Beşiktaşda işləmək istədiyini bildirib”,- Yücel vurğulayıb.