İnyesta ərəb klubuna baş məşqçi  təyin edildi
01 iyun 2026 21:03 (UTC +04:00)

İnyesta ərəb klubuna baş məşqçi təyin edildi

0

İspaniya millisinin heyətində futbol üzrə dünya və Avropa çempionu olmuş Andres İnyesta BƏƏ-nin "Qalf Yunayted" klubunun baş məşqçisi təyin edilib.

Lent.az Sport24.ru-ya istinadən xəbər verir ki, Dubay təmsilçisi BƏƏ çempionatınını ikinci divizionunda çıxış edir.

"Həyatımda yeni bir səhifə açmaqdan çox şadam. Bu, bir məşqçi kimi inkişafımı davam etdirmək üçün mühüm bir addım və gənc istedadlara inanan peşəkar bir klubda təcrübəmi tətbiq etmək imkanıdır. Bu fürsətə görə "Qalf Yunayted"ə sonsuz təşəkkürümü bildirirəm. İndi hədəflərimizə çatmaq üçün tam fədakarlıqla çalışmaq vaxtıdır", - deyə 42 yaşlı İnyesta bildirib.

"Barselona"nın əfsanəsi futbolçu karyerasını 2024-cü ildə başa vurub və onun son klubu BƏƏ-nin "Emireyts" komandası olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar