Yaponiya Qran-prisində qalib gələn “Red Bull”-un pilotu Maks Ferstappen ikinci dəfə dünya çempionu olub.
Lent.az-ın xəbərinə görə, niderlandlı pilotun Yaponiya Qarn-prisində qalibiyyəti qalan 4 yarışdan əvvəl dünya çempionu adını qazanmasını təmin edib.
"Ferrari" pilotu Şarl Lekler finişə ikinci, "Red Bull"un digər pilotu Serxio Peres isə 3-cü çatıb.