İbrahimoviçlə Alleqri  dalaşdı, "Milan"ın direktoru araya girdi
28 may 2026 19:00 (UTC +04:00)

İbrahimoviçlə Alleqri dalaşdı, "Milan"ın direktoru araya girdi

0

Massimiliano Alleqri ilə hazırda “Milan”ın müşaviri olan Zlatan İbrahimoviç arasında münasibətlər kritik həddə çatıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onlar arasında restoranda baş verən mübahisə az qala dava ilə nəticələnib.

Məlumata görə, insident “Milan”ın baş icraçı direktoru Giorgio Furlani və klubun idman direktoru İqli Tarenin iştirakı ilə baş verib. Bildirilir ki, tərəfləri ayırmaq üçün məhz Tare müdaxilə etməli olub.

Qeyd edilir ki, son aylarda İbrahimoviç və Alleqri arasında taktiki sxemlərlə bağlı fikir ayrılıqları səbəbindən münasibətlər daha da gərginləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar