Zlatan İbrahimoviçin kiçik oğlu Vinsent Belçika ilə yoldaşlıq oyununda İsveçə qələbə qazandıran qolun müəllifi olub.
Lent.az xarici mediaya istinadən bildirir ki, Belçika ilə matçın 52-ci dəqiqəsində Vinsent İbrahimoviç fərqlənib. Ötən ilin sonunda o, ilk dəfə İsveçin 15 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.
Zlatan və sevgilisi Helena Seqerin Vinsentdən iki yaş böyük Maksimilian adlı daha bir oğlu var.