Həm seksualdır, həm də ən yaxşı karateçidir -  FOTO
03 dekabr 2021 19:55 (UTC +04:00)

Həm seksualdır, həm də ən yaxşı karateçidir - FOTO

Dünya Karate Federasiyası idmançıların yenilənmiş reytinqini dərc edib.
 
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Ukraynanın altı təmsilçisi öz çəki dərəcələrində eyni anda TOP-10-a daxil olub. Tokio Olimpiadasının gümüş mükafatçısı Anjelika Terlyuqa qadınlar arasında 55 kiloqram çəki dərəcəsində bir nömrəlidir.

Xatırladaq ki, noyabrda Anjelika Terlyuqa Dubayda keçirilən dünya çempionatının 1/8 finalında yayda Tokioda keçirilən Oyunların finalında uduzduğu bolqar İvet Qoranovaya yenə də uduzub. Bundan sonra odessalı 29 yaşlı karateçi karyerasını başa çatdırdığına eyham vurub.

“Xəyalınızın heç vaxt gerçəkləşməyəcəyini anlayanda çox məyus olursunuz. Səbəbləri axtarmaqdan yoruldum, nəyin çatışmadığını, nəyin səhv olduğunu bilmirəm”, - Terlyuqa o zaman “Instagram”da yazmışdı.

Əlavə edək ki, Tokioda keçirilən Yay Olimpiya Oyunlarından sonra Anjelika Terlyuqa məşqçi Vladimir Zaretski ilə ailə qurub, daha sonra Maldiv adalarına bal ayına gediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2790
avatar

Oxşar yazılar