Futbolda belə qol görmüsünüz?.. -  VİDEO
07 iyul 2022 09:53 (UTC +04:00)

Futbolda belə qol görmüsünüz?.. - VİDEO

Futbol üzrə Yaponiya çempionatının son turunda inanılmaz gözəllikdə qolu vurulub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu, “Kasima Antlers” – “Seres Osaka” oyunuında baş verib. Meydan sahibləri nəzərəçarpacaq üstünlüyə malik olsalar da, qonaqlar təslim olmayıb və görüşün sonunda hətta 3:2 hesabı ilə önə keçiblər.

“Kaşima”nın futbolçuları hücumlarını artırsalar da, yenə də “Osaka” komandasının qapısına zərbə vura bilməyiblər. Qonaqların üç xalı qazana biləcəkləri görünəndə möcüzə baş verib.

Onun müəllifi 31 yaşlı braziliyalı Everaldo olub. O, 89-cu dəqiqədə tamamilə inanılmaz zərbə ilə qol vurmağa müvəffəq olub. Bu, ev sahiblərinə hesabı bərabərləşdirməyə və hər iki komandanın Asiya Çempionlar Liqası uğrunda mübarizə aparmasına kömək edib.


 

İnanılmaz qol vurdu

# 2832
avatar

Oxşar yazılar