Futbolçu meydanda qəfildən  yıxıldı,   oyun dayandı -  VİDEO
18 mart 2024 18:52 (UTC +04:00)

Futbolçu meydanda qəfildən yıxıldı, oyun dayandı - VİDEO

Argentinanın “Estudiantes” və “Boka Xuniors” klubları arasında keçirilən görüş futbolçulardan birinin səhhətində problem yarandığı üçün dayandırılıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, oyunun 27-ci dəqiqəsində “Estudiantes”in çilili yarımmüdafiəçisi Xavyer Altamirano yerə yıxılıb. 24 yaşlı futbolçuda qəfildən qıcolmalar başlayıb. Komanda yoldaşları dərhal futbolçunun köməyinə gəliblər.

Altamirano təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti stabildir. Hadisədən sonra hər iki komandanın futbolçuları oyunu davam etdirməmək qərarına gəliblər.

Qeyd edək ki, Altamirano keçən yay “Estudiantes”ə transfer olub. O, “La Plata” klubunda 16 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

# 2697
avatar

Arzu Qurbanlı

Oxşar yazılar