FIFA-dan Türkiyə klubuna  TRANSFER QADAĞASI
12 oktyabr 2022 19:28 (UTC +04:00)

FIFA-dan Türkiyə klubuna TRANSFER QADAĞASI

0

FIFA Türkiyənin daha bir klubuna transfer qadağası qoyub.

Apasport.az saytının məlumatına görə, “Bursaspor”dan sonra bu dəfə Super Liqa təmsilçisi “Hatayspor” sanksiya ilə üzləşib.

2020/21 mövsümündə “Braqa”dan icarəyə götürülən Pablo Santosa 30 min avroluq borcunu ödəməyən Hatay təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. FIFA borcun faizilə birlikdə 32 min 38 avro olduğunu açıqlayıb. Türkiyə klubu braziliyalı futbolçuya həmin məbləği ödəyərsə, cəzanın ləğvi gündəmə gələcək.

Qeyd edək ki, Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 8 turdan sonra 7 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2230

Oxşar yazılar