“Əl İttihad” bu qış “Liverpul”un hücumçusu Məhəmməd Salahı transfer etməyə çalışacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Ekrem Konur məlumat verib.
Onun məlumatına görə, Səudiyyə klubunun rəhbərliyi yanvarda “Liverpul”a yeni böyük təklif hazırlayır.
Yayda “Əl-İttihad” misirli üçün 200 milyon avro təklif etməyə hazır olsa da, razılaşma baş tutmayıb.
Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.
Bu mövsüm Salah Premyer Liqada “Liverpul”un heyətində 6 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.