Ən yaxşı bombardir  UEFA prezidentinin mükafatına layiq görüldü
28 avqust 2026 17:44 (UTC +04:00)

Ən yaxşı bombardir UEFA prezidentinin mükafatına layiq görüldü

0

Fransa millisinin və “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri futboldakı görkəmli nailiyyətlərinə və oyunun inkişafına verdiyi töhfəyə görə UEFA prezidentinin mükafatına layiq görülüb.

Lent.az xəbər verir ki, UEFA-nın rəsmi saytı qurumun prezidenti Aleksander Çeferinin mükafatla bağlı sözlərini yayıb:

“Sürəti, zərif oyunu, ustalığı və hücumları soyuqqanlı şəkildə tamamlaması Anrini bütün zamanların ən yaxşı hücumçularından birinə çevirdi. O, indi də dünya səviyyəli ekspert kimi futbolda öz tarixini yazmağa davam edir. Anri həqiqətən vacib məsələlər barədə danışmaqdan heç vaxt çəkinməyib. O, ayrı-seçkilik və irqçiliyə qarşı çıxıb, psixi sağlamlıq problemlərindən danışaraq, çoxsaylı humanitar təşəbbüslərə dəstək vermək üçün vaxtını əsirgəməyib. Onun meydandan kənardakı fəaliyyəti göstərdi ki, məşhur damarlarında buz var ifadəsi onun hekayəsinin yalnız bir hissəsidir. Bunun arxasında isti və həssas bir ürək dayanır”.

Qeyd edək ki, UEFA prezidentinin mükafatı 1998-ci ildən təqdim olunur. Mükafat futbolçuların həm meydanda, həm də meydandan kənarda göstərdikləri xüsusi xidmətlərə görə verilir.

Anri Londonun “Arsenal” klubunda çıxış edib və 228 qolla klub tarixinin ən yaxşı bombardiri olub, həmçinin İngiltərə Premyer Liqasının çempionu adını qazanıb. O, “Monako”, “Yuventus”, “Barselona” və “Nyu-York Red Bulls” klublarında da çıxış edib. “Barselona” ilə 2009-cu ildə Çempionlar Liqasının qalibi olub.

Fransa millisinin heyətində isə 1998-ci ildə dünya, 2000-ci ildə Avropa çempionu adını qazanıb. Tyerri Anri klub və milli komanda səviyyəsində ümumilikdə 411 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar