Madridin “Real” komandasının və İspaniya yığmasının sabiq qapıçısı İker Kasilyas sosial şəbəkədə homoseksual olması barədə paylaşımını silib.
Lent.az-ın xəbərinə görə, daha sonra İker Kasilyas sosial şəbəkə akkauntunun sındırıldığını, homoseksual olması barədə sözləri hakerkərin yazdığını bildirib.
O, hazırda hər şeyin qaydasında olduğunu vurğulayıb: “Hər kəsdən, xüsusən homoseksuallardan üzr istəyirəm”.
***
saat 19.05
Madridin “Real” komandasının və İspaniya yığmasının sabiq qapıçısı İker Kasilyas sosial şəbəkədə oriyentasiyası ilə bağlı paylaşımını silib.
Lent.az-ın xəbərinə görə, İker Kasilyas homoseksual olması barədə paylaşımını 1 saat sonra silib.
***
saat 18.26
Madridin “Real” komandasının və İspaniya yığmasının sabiq qapıçısı sosial şəbəkədə oriyentasiyası ilə bağlı çıxış edib.
Lent.az-ın xəbərinə görə, İker Kasilyas homoseksual olduğunu yazıb.
O, bu etirafına görə hörmətlə qarşılanacağına ümid etdiyini bildirib.
İnsanların bir qismi İker Kasilyasın sosial şəbəkə hesabının sındırıldığını ehtimal edib.
“Barselona”-nın sabiq kapitanı və İspaniya yığmasının sabiq müdafiəçisi Karles Pyuol isə İker Kasilyasın homoseksual olması barədə bəyanatına münasibət bildirib: “Artıq bizim barədə danışmaq vaxtıdır, İker”.
Daha sonra isə “ürək və opüş” göndərib.
Qeyd edək ki İker Kasilyas 12 il ispan aparıcı Saroy Karbonero ilə evli olub, 2 oğulları var. Cütdük 2021-ci ildə boşanıb.