Dünyanın  ən güclü futbolçusu   güləşçi olacaq
14 oktyabr 2022 16:16 (UTC +04:00)

Dünyanın ən güclü futbolçusu güləşçi olacaq

Adebayo Akinfenva heç vaxt futbolda ciddi uğur qazana bilməyib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 20 ildən çox karyerasında o, İngiltərə çempionatının üçüncü divizionu - Liqa 1-dən başqa heç yerdə oynamayıb.

Tarixə Akinfenva "dünyanın ən güclü futbolçusu" kimi daxil olub. Fakt budur ki, hücumçunun çəkisi 100 kiloqramdan çox idi. Eyni zamanda, sinəsi üstündə öz çəkisinin iki qatını saxlaya bilirdi.

Bu yay, “Uik Uondereres”də keçirdiyi altı mövsümdən sonra, 40 yaşlı butslarını asmaq qərarına gəlib. Bununla belə, idmançı uzun müddət boş oturmayıb. İngilis artıq oktyabrın 23-də Progress Wrestling turnirində rinqə çıxacağını açıqlayıb.

Qeyd edək ki, Akinfenva güləş debütündən əvvəl sentyabr ayında WWE super ulduzu Şeumus ilə məşq edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Oxşar yazılar