“Transfermarkt” statistik portalı futbolçuların transfer dəyərini yenilədikdən sonra ən bahalı futbol klublarının siyahısını açıqlayıb.
Lent.az-ın xəbərinə görə, ən bahalı klub İngiltərənin “Mançester Siti”sidir və onun dəyəri 1,06 milyard avro dəyərində qiymətləndirilir.
Reytinqdə ikinci yeri Premyer Liqanın digər təmsilçisi - 925 milyon avro ilə qiymətləndirilən "Liverpul" tutur. İlk üçlüyü Fransa PSJ-si qapayır - 890,35 milyon avro.
Dünyanın ən bahalı 10 klubu:
1.”Mançester Siti” (İngiltərə) – 1,06 milyard avro
2. “Liverpul” (İngiltərə) – 925 milyon avro
3. PSJ (Fransa) – 890,35 milyon avro
4. “Bavariya” (Almaniya) – 878,70 milyon avro
5. “Çelsi” (İngiltərə) – 861,50 milyon avro
6. “Real” (İspaniya) – 837,50 milyon avro
7. “Barselona” (İspaniya) – 813,70 milyon avro
8. “Mançester Yunayted” (İngiltərə) – 798,30 avro
9. “Tottenhem” (İngiltərə) – 685,30 milyon avro
10. “Arsenal” (İngiltərə) – 665,50 milyon avro