AVRO-2024-dəki performansı ilə parlayan və "Qalatasaray"da gələcəyi maraq doğuran futbolçu Barış Alper Yılmazla “Liverpul"un maraqlandığı iddia edilir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə komandasının bu transfer üçün Super Liqa tarixinə düşəcək transfer haqqını ödəməyə hazır olduğu bildirilir. Buna baxmayaraq, "Qalatasaray" futbolçunu əlində saxlamağa çalışır.
Belə ki, klub 2027-ci ilə qədər müqaviləsi olan Barış Alper Yılmaz üçün 30 milyon avrodan başlayan təklifləri nəzərdən keçirəcəyini bildirib. Hazırda 24 yaşlı fyutbolçuya Bundesliqa, A Seriya və Premyer Liqadan təkliflər var.
“Transfermarkt” məlumatlarına görə, Barış Alper Yılmaz AVRO-2024-dən sonra dəyərini 3 milyon avro artıraraq, bazar dəyərini 20 milyon avroya çatdırıb.
Qeyd edək ki, "Aston Villa", "Vest Hem Yunayted", "Brayton" və "Borussiya Dortmund" kimi klublarının da Barış Alper Yılmazla ciddi maraqlandığı bildirilib.