Hücuma meyilli yarımmüdafiəçi Nabil Fekir "Lion"da çox uğurlu çıxış edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, klubda altı mövsüm keçirib.
Fransa çempionatında 145 oyunda 54 qol vurub.
Milli komandanın tərkibində Nabil 2018-ci il dünya çempionatının qalibi olub. Lakin dünya çempionatından bir il sonra o, gözlənilmədən İspaniyanın “Betis” klubuna keçib.
Artıq transferin təfərrüatları məlum olub. Bildirir ki, Fekirin keçidi saqqalı ilə bağlı ola bilər.
Mənbənin məlumatına görə, Fransa klubunun rəhbərliyi Fekirdən saqqalının idmançının etiqad etdiyi müsəlman dininin simvolu kimi qəbul edilməməsi üçün onun qırxılmasını istəyib. Bu, Fekirin xoşuna gəlməyib və komandadan getmək qərarına gəlib.
28 yaşlı Fekir bu mövsüm La Liqada 20 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.