Oskar De La Hoyya, keçmiş boksçu
27 mart 2021 15:30 (UTC +04:00)

Oskar De La Hoyya, keçmiş boksçu

Dünya boksunun “Qızıl oğlan”ı rinqə qayıdır

Dünya boksunda heyrətləndirici bir tendensiya ortaya çıxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, illər və on illər əvvəl parlayan veteranlar birdən rinqə qayıtmağa qərar veriblər.

Bu yaxınlarda Mayk Tayson Roy Cons ilə döyüşüb və bu günlərdə Mayk Tayson Holifildlə döyüşün dəqiq tarixini təyin edib.

İndi başqa bir məşhur boksçunun qayıdışı məlum olub..

48 yaşlı Oskar De La Hoyya döyüşmək istədiyini açıqlayıb.

Bunu insayder jurnalist Mayk Koppincer “Twitter” səhifəsində elan edib.

Meksika əsilli “Qızıl oğlan” ləqəbli amerikalı sonuncu dəfə 2008-ci ildə rinqə çıxıb və Menni Pakyaoya uduzub. O, 2009-cu ilin əvvəlində karyerasını başa vurduğunu elan edib. İndisə Oskar iyulun 3-də rinqə çıxmaq istəyir. Yeri gəlmişkən, martın əvvəlində Menni Pakyaonun da rinqə qayıtdığı məlum olub. 

De La Hoyya 1992-ci ilin olimpiya çempionudur, o bir neçə çəki dərəcəsində dünya çempionu da olub. Proffesional rinqdə 39 dəfə qalib fəlib, 6 dəfə uduzub. İdmandan ayrıldıqdan sonra Golden Boy Promotions şirkətini quraraq təbliğçisi olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Oxşar yazılar