Dörd ölkə 2030-cu ildə birgə  dünya çempionatı   keçirmək istəyir
07 fevral 2023 22:27 (UTC +04:00)

Dörd ölkə 2030-cu ildə birgə dünya çempionatı keçirmək istəyir

2030-cu il dünya çempionatı Cənubi Amerikanın dörd ölkəsində - Argentina, Uruqvay, Paraqvay və Çilidə keçirilə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Argentina Futbol Federasiyasının rəhbəri Klaudio Tapianın sözlərinə görə, yüzillik ərəfəsində bu dövlətlər dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə veriblər. Xatırladaq ki, ilk dünya çempionatı 1930-cu ildə Uruqvayda keçirilib.

“Bu gün dörd ölkənin tarixi üçün çox mühüm bir gündür. Bütün  cənubi amerikalılar çox ehtiraslıyıq, biz futbol üçün yaşayırıq. Biz bilirik ki, bu, çox böyük öhdəlikdir və bütün dünyaya Argentina, Uruqvay, Paraqvay və Çilinin 2030-cu il Dünya Çempionatına ev sahibliyi etmək üçün uyğun olduğunu sübut etməliyik”, - Tapia bildirib.

Xatırladaq ki, Qətərdə keçirilən son dünya çempionatında yarışın qalibi Argentina millisi olub. Turnirin finalında Lionel Skaloninin yetirmələri Fransaya qalib gəlib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1830
avatar

Oxşar yazılar