Ruslar daha bir anti-nailiyyət müəyyən ediblər. Bu dəfə idmanda.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, Rusiya meldoniyaya görə diskvalifikasiya olunmuş idmançıların sayına görə rekord qırıb.
Bu ölkədə ən yaxşı nəticələr əldə etməyə və başqa yolla medal qazanmağa çalışan idmançılar qanunsuz narkotik vasitələrdən kütləvi şəkildə istifadə etməkdə davam edirlər.
"2023-cü ilin oktyabr ayının sonunda nümunədə meldonium, onun metabolitləri və ya markerlərinin olması səbəbindən 23 idmançı diskvalifikasiya edilib. 2022 və 2021-ci illərdə eyni pozuntuya görə müvafiq olaraq 19 və 18 idmançı sanksiyaya məruz qalıb", - məlumatda vurğulanır.
Qeyd edək ki, meldonium maddəsi 2016-cı il yanvarın 1-dən idmanda hər zaman - həm yarış, həm də yarışdan kənar dövrlərdə qadağan edilib.