De Xea  bu kluba   keçə bilər
19 sentyabr 2023 14:32 (UTC +04:00)

De Xea bu kluba keçə bilər

0

"Mançester Yunayted"in keçmiş qapıçısı David de Xea əvvəllər "Atletiko"da çıxış etdiyi La Liqaya qayıda bilər.

Lent.az xarici mediaya istinadən bildirir ki, 32 yaşlı De Xea 2022/23 mövsümünün sonunda "Mançester Yunayted"dən ayrıldıqdan sonra azad agent olaraq qalır. Qapıçı o vaxtdan bəri Səudiyyə Ərəbistanı da daxil olmaqla bir neçə təklifi rədd edib. Onun  “Bavariya” və “Real” kimi klublara keçəcəyi söylənilsə də, lakin reallaşmayıb.

Bununla belə, De Xea İspaniyaya qayıda bilər – “Betis” onunla maraqlanır, bunu “Fichajes” iddia edir. Xəbərdə o da bildirilir ki, “Valensiya” 32 yaşlı futbolçunu transfer etməyi düşünür. Ancaq “Mançester Siti”nin keçmiş ulduzu Klaudio Bravo ilə danışıqların nəticəsiz qalmasından sonra “Betis” favorit kimi görünür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6530

Oxşar yazılar