“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.
Lent.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda “Ayntraxt”ı qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşə saat 21:45-də start verilib.
Gərgin keçən matçda azarkeşlər 5 qola şahidlik ediblər. Oyun təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
21:45 Qarabağ – Ayntraxt (Frankfurt, Almaniya) 3:2
Qol: K. Duran, 4, 80, C. Uzun, 11, F.Çaibi,78(pen)
Baş hakim: Sandro Şerer (İsveçrə)
***
23:33
“Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasındakı oyunda üçüncü və dördüncü qollar vurulub.
Lent.az xəbər verir ki, matçın 80-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl edib - 2:2.
Qol: K. Duran, 4, 80, C. Uzun, 11, F.Çaibi,78(pen)
***
22:18
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasındakı oyunda ikinci qol vurulub.
Lent.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 11-ci dəqiqəsində rəqibin heyətində Can Uzun hesabı bərabərləşdirib.
Görüşün 4-cü dəqiqəsində Kamilo Duran komandamızı önə keçirərək hesabı açmışdı.
***
21:50
“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxacaq.
Lent.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda “Ayntraxt”ı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 21:45-də start veriləcək.
“Qarabağ” 6 turdan sonra 7 xalla 25-ci sıradadır. “Ayntraxt” isə 4 xalla 33-cü pillədə qərarlaşıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
21:45 Qarabağ – Ayntraxt (Frankfurt, Almaniya)
Baş hakim: Sandro Şerer (İsveçrə)