Çempionlar Liqası: “Sabah”dan uğurlu start
07 iyul 2026 22:10 (UTC +04:00)

Çempionlar Liqası: “Sabah”dan uğurlu start

0

“Sabah” UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxıb.

Lent.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS komandası ilə qarşılaşıb.

Oyunun ilk hissəsi qolsuz keçib. Hesab ikinci yarıda açılıb. Velko Simiç fərqlənib. Çox keçmədən Kahim Parris oyunda yekun nəticəni qoyub.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də Uelsdə olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1364

Oxşar yazılar