Çempionlar Liqası:  “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi
02 avqust 2022 15:51 (UTC +04:00)

Çempionlar Liqası: “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Lenty.az-ın Apasport.az-a istinadən məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi bəlli olub.

Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsində “Ferensvaroş” səddini adlasa, “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə görüşəcək. Azərbaycan və Macarıstan çempionlarının duelində qalib gələn komanda ilk oyunu evdə keçirəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su Bolqarıstan “Lüdoqorets”ini keçsə, “Bodo Qlimt” – “Jalgiris” cütünün qalibi ilə görüşəcək. Mahirin komandası bu mərhələyə yüksəlsə pley-offa səfərdə başlayacaq. Türkiyə çempionu “Trabzonspor” Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq. İlk oyun şimallıların meydanında baş tutacaq.

Qeyd edək ki, pley-offun oyunları avqustun 16-17-də və 23-24-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Oxşar yazılar