00:10 23 yanvar 2021

“Çelsi”nin baş məşqçisi postuna NAMİZƏDLƏR

İngiltərənin “Çelsi” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, “zadəganlar”ın siyahısında adları olan mütəxəssislər artıq məlumdur.

Onlar arasında “Yuventus”un sabiq çalışdırıcısı Massimiliano Alleqrinin adı yoxdur. Hazırkı baş məşqçi Frenk Lempardla yollarını ayırmağı planlaşdıran londonlularda bu posta favorit PSJ-dən bir müddət əvvəl göndərilən Tomas Tuxeldir. Almaniyalının alternativi isə 2018/19 mövsümündə “Leypsiq”ə rəhbərlik edən Ralf Ranqnikdir.

Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 29 xalla 8-ci pillədə qərarlaşıb.

# 894
avatar

Oxşar yazılar