Antonio Rudiger
21 sentyabr 2021 09:05 (UTC +04:00)

Antonio Rudiger

“Çelsi”dən ikiqat maaş TƏKLİFİ

İngiltərənin “Çelsi” klubu futbolçusu Antonio Rudigerə yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi almaniyalı müdafiəçi ilə sözləşməni uzatmaq niyyətindədir.

Premyer Liqa klubu Rudigerə maaşının ikiqat artırılmasını vəd verib. Bir il əvvəl klubun onu satmaq istəməsindən narazı qalan Antonio getmək fikrindən əl çəkmir.

“Real” və PSJ-nin maraq dairəsində olan almaniyalı bu iki klubdan birinə keçmək istəyir. Lakin “Çelsi”nin almaniyalı baş məşqçisi Tomas Tuxel futbolçu ilə şəxsən danışıb onu razı salmağa çalışacaq.

Qeyd edək ki, Rudigerin müqaviləsi mövsümün sonunda başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2579

Oxşar yazılar