Bu futbolçu "İnter Mayami" də daxil 6 klubdan imtina edib
30 avqust 2023 15:20 (UTC +04:00)

Bu futbolçu "İnter Mayami" də daxil 6 klubdan imtina edib

Bu il iyulun 1-dən azad agent statusunda olan “Real Madrid”in keçmiş yarımmüdafiəçisi Eden Hazard yay transfer pəncərəsində müxtəlif klublardan gələn 6 təklifi rədd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçuya ABŞ, Səudiyyə Ərəbistanı, İngiltərə, İspaniya, Fransa və Şotlandiyadan maraqlı təkliflər gəlsə də, onu razı salmayıblar. Materialda həmçinin “İnter Mayami”nin də belçikalı yarımmüdafiəçi ilə maraqlandığı qeyd edilir. Lakin Hazard Devid Bekhemin komandasından da imtina edib.

Xatırladaq ki, daha əvvəl mətbuatda Hazardın futbolçu kimi peşəkar karyerasını bitirmək qərarına gəldiyi barədə məlumatlar yayılmışdı.

32 yaşlı Hazard 100 milyon avroya “Çelsi”dən “Real Madrid”ə keçib. Belçikalı İspaniya La Liqasında 54 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199
avatar

Oxşar yazılar