“Torino”nun futbolçusu Qleyson Bremer karyerasını İngiltərədə davam etdirə bilər.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, müdafiəçi “Tottenhem”in hədəfindədir.
London klubu onun üçün 50 milyon avro ödəməyə hazırdır. Premyer Liqa təmsilçisi keçidlə bağlı təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Bremer A seriyasının nəhənglərinin də maraq dairəsindədir.