Boksçularımız beynəlxalq turnirdə  4 medal qazandı
19 sentyabr 2022 10:18 (UTC +04:00)

Boksçularımız beynəlxalq turnirdə 4 medal qazandı

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışı Azərbaycan millisi 4 medalla başa vurub.

Hindistanlı Tali Taba və qazaxıstanlı Uslam Seksenbayevi məğlub edən Kənan Babayev (48 kq) finalda Vişvanat Sureşlə (Hindistan) üz-üzə gəlib. Döyüşdə rəqib qələbə qazandığından Avropa çempionumuz gümüş medala yiyələnib.

Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də turniri ikinci yerdə bitirib. Mikita Maliuta (Ukrayna) və İvan Yermolenko (Qazaxıstan) üzərində qələbə qazanan boksçumuz finalda Aleksandr Zelinskini (Ukrayna) sınağa çəkib. Görüşdə rəqib qalib gəldiyindən Əlizadə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Beləliklə, yığmamız turniri 2 gümüş və 2 bürünc medalla başa vurub. Komandamızın heyətində daha öncə Daniel Xolostenko (71 kq) və Fətəli İsmayılov (80 kq) 3-cü yeri tutub.

“Lester” istefadan niyə çəkinir?

“Lester”in Brendan Rocersi istefaya göndərməkdə üzləşdiyi problem bəlli olub.

Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssislə yollarını ayırmaq İngiltərə klubu böyük məbləğdə kompansasiyadan çəkinir.

Onun istefası kluba baha başa gələcək. Əgər Rocers göndərilsə, ona 11,5 milyon avro ödənilməlidir. Çünki mütəxəssisin müqaviləsinin üç ili qalıb.

Qeyd edək ki, “Lester” rəhbərliyi baş məşqçi postuna “Brentford”un çalışdırıcısı Tomas Frenki gətirməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Oxşar yazılar