"Barselona"nın keçmiş oyunçusu da "İnter Mayami"yə keçir
04 noyabr 2023 12:27 (UTC +04:00)

"Barselona"nın keçmiş oyunçusu da "İnter Mayami"yə keçir

“Qremio”nun hücumçusu Luis Suares “İnter Mayami”yə keçəcək.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, uruqvaylı forvardın transferi artıq tam razılaşdırılıb. Hücumçunun transferi yanvarda açıqlanacaq. Suaresin “Qremio” ilə müqaviləsi dekabrın 31-də başa çatacaq. Beləliklə, forvard azad agent kimi Amerika komandasına qoşulacaq.

Xatırladaq ki, Suaresin “Barselona”dakı keçmiş ortaqları Lionel Messi, Serxio Buskets və Xordi Alba “İnter Mayami”yə keçib.

Suares “Nacional”dan “Qremio”ya keçib. Onun Braziliya yığması ilə müqaviləsi 2024-cü ilə qədərdir. O, daha əvvəl “Barselona”, “Atletiko Madrid” və “Liverpul”da da oynayıb. Qeyd olunub ki, Suaresin hazırkı müqaviləsində o, klubla əməkdaşlığa vaxtından əvvəl xitam verə bilər.

Braziliya Böyük Liqasının cari mövsümündə Suares 26 matçda iştirak edib, 10 qol vurub və 10 məhsuldar ötürmə verib. Transfermarkt portalının məlumatına görə, Suaresin bazar dəyəri 4 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5706
avatar

Oxşar yazılar