"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının ikinci turunda PSJ-yə evdəki məğlubiyyətdən sonra futbolçularını tənqid edib.
Lent.az xəbər verir ki, baş məşqçisinin sözlərinə görə, oyunçular özlərini kifayət qədər parlaq göstərməyiblər və buna görə də qələbə qazana bilməyiblər:
"Hazırda PSJ ilə eyni səviyyədə olduğumuzu deyə bilmərik. Uduzduq, amma öz səviyyəmizə qayıtmaq istəyirik, buna görə də məşq etməli və irəliləməliyik. Görək, nəyi düzgün etmədik?".
Oyun 2:1 hesabı ilə başa çatıb. 19-cu dəqiqədə “Barselona”nın futbolçusu Ferran Torres hesabı açıb. İlk hissənin sonlarında Senni Mayulu hesabı bərabərləşdirib. Oyunun sonunda isə Qonsalu Ramuş PSJ-ni önə keçirərək yekun nəticəni müəyyən edib.