“Barselona”nın 2 həftə  vaxtı qaldı
29 may 2026 18:08 (UTC +04:00)

“Barselona”nın 2 həftə vaxtı qaldı

0

“Barselona”nın cinah hücumçusu Markus Raşfordla bağlı qərar verməsi üçün iki həftə vaxtı var. 

Lent.az xarici mediaya istinadla bildirir ki, mavi-qırmızılar iyunun 15-dək futbolçunun müqaviləsini “Mançester Yunayted”dən birdəfəlik almaq hüququndan istifadə edib-etməyəcəyini müəyyənləşdirməlidir.

Qeyd olunur ki, Antoni Qordonun “Barselona”ya mümkün transferi klub rəhbərliyinin Markus Raşfordla bağlı qərarına təsir göstərməyəcək.

2025/2026 mövsümündə Raşford “Barselona”nın heyətində bütün turnirlərdə 48 oyunda meydana çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 40 milyon avro təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar