"Barselona" bu futbolçuya 9 milyon avro  maaş verəcək
21 avqust 2025 15:41 (UTC +04:00)

"Barselona" bu futbolçuya 9 milyon avro maaş verəcək

"Barselona" yarımmüdafiəçi Frenkie de Yonqla yeni müqavilənin detallarını hazırlayır.

Lent.az xəbər verir ki, 28 yaşlı hollandiyalı yeni müqaviləyə əsasən, ildə təxminən 9 milyon avro qazanacaq. Daha bir il uzadılma ehtimalı ilə 2028-ci ilin yayına qədər davam edəcək.

De Yonq bu həftənin əvvəlində agentini dəyişib. Yeni təmsilçi "Barselona" rəhbərliyi ilə görüşərək müqavilənin detallarını müzakirə edib. De Yonqun hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

2024/25 mövsümündə yarımmüdafiəçi 46 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342

Oxşar yazılar