"Barselona” 14 milyon cərimələnə  bilər - buna səbəb ter Stegendir
05 avqust 2025 19:20 (UTC +04:00)

"Barselona” 14 milyon cərimələnə bilər - buna səbəb ter Stegendir

Mark-Andre ter Steqen uzun illər “Barselona” nın əsas qapıçısı olub, lakin klubun indi onsuz bir mövsümə hazırlaşdığı bildirilir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, əsas stavka Joan Qarsiya üzərindədir. Ter Steqen ayrılmaq istəmir, lakin klub onun zədəsindən və son əməliyyatdan istifadə edərək heyətdən çıxara bilər.

Problem La Liqanın qaydalarındadır: əgər qapıçı 4 aydan az vaxt buraxırsa (alman deyib ki, 3 aydan sonra qayıda bilər) və “Barselona” digər oyunçuların xətrinə maaşını qismən maaşdan silməyə çalışsa, 14,4 milyon avro cərimə oluna bilər. Bu birbaşa xərcləmə həddinə zərbə olacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282

Oxşar yazılar