Azərbaycan taekvondoçularından dünya birinciliyində -REKORD
31 iyul 2022 18:33 (UTC +04:00)

Azərbaycan taekvondoçularından dünya birinciliyində -REKORD

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi başa çatıb.

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın son günü də Azərbaycan millisi üçün uğurlu alınıb.

Aktivində 1 qızıl və 1 bürünc medal olan yığmamızın bu gün daha 2 taekvondoçusu fəxri kürsüyə yüksəlib.

Milli üzvlərindən Bahadur Dostuyev çıxışını mükafatla yekunlaşdırıb. 49 kq çəki dərəcəsində mübarizə aparan idmançı debüt görüşündə polşalı Yakub Soltsiakı məğlub edib - 2:0. Onun 1/8 finalda rəqibi Zaid Peres (Meksika) olub. Gərgin keçən döyüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib. Dostuyev 1/4 finalda Apostolos Panaqopoulosdan (Yunanıstan) da güclü olub (2:0).

Taekvondoçumuz yarımfinalda Eunselok Li (Cənubi Koreya) ilə üz-üzə gəlib. Rəqib mərhələ adladığından Bahadur bürünc medala yiyələnib.

Onun uğurunu Yunis Hüseynov (61 kq) da təkrarlayıb. Həmyerlimiz ardıcıl olaraq livanlı Joey Yusif, hindistanlı Gitiş və monteneqrolu Enes Duşkini mübarizədən kənarlaşdıraraq, yarımfinalda iştirak hüququ qazanıb. Finala gedən yolda Nika Qoqoberidze (Gürcüstan) ilə üz-üzə gələn Hüseynov məğlub olduğundan 3-cü yeri tutub.

Beləliklə, Azərbaycan millisi 77 ölkədən 670-dən çox idmançının qatıldığı və 4 gün davam edən mundialı 1 qızıl və 3 bürünc medalla başa vurub. Dostuyev və Hüseynovdan öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna sahib olub, Fuad Məhərləmli (45 kq) 3-cü yerdə qərarlaşıb.

Bu nəticə Azərbaycan taekvondosu tarixində 2 rekordla əlamətdar olub. Mehdi Budaqlı yeniyetmələrin mübarizəsində ölkəmizə ilk qızıl mükafatı qazandırdığı halda, milli medal sayında ən yaxşı göstəricisinə imza atıb. İndiyədək komandamız heç bir dünya birinciliyində 4 mükafata sahib olmamışdı. Sofiyadakı yarışadək ən yaxşı nəticə 2014-cü ildə Bakıda qeydə alınmışdı. Həmin mundialı yığmamız 2 gümüş və 1 bürünc medalla bitirmişdi.

Qeyd edək ki, milli avqustun 2-də Vətənə qayıdacaq. Onları gətirəcək təyyarə saat 01:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək və komandanın qarşılanma mərasimi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2974

Oxşar yazılar

“Fənərbaxça” “Liverpul”un hücumçusunu  istəyir

“Fənərbaxça” “Liverpul”un hücumçusunu istəyir

18 aprel 2025 , 03:42
Avropa Liqası: Yarımfinalçılar  bəlli oldu

Avropa Liqası: Yarımfinalçılar bəlli oldu

18 aprel 2025 , 02:10
Vinisius rekord vurdu,  Ronaldonu ötdü

Vinisius rekord vurdu, Ronaldonu ötdü

17 aprel 2025 , 19:45
"Mançester Siti" Bundesliqa ulduzu üçün böyük məbləğ  ödəyə bilər

"Mançester Siti" Bundesliqa ulduzu üçün böyük məbləğ ödəyə bilər

17 aprel 2025 , 18:10
Ançelotti "Real"dan  erkən  ayrılacaq - konkret tarix  AÇIQLANDI

Ançelotti "Real"dan erkən ayrılacaq - konkret tarix AÇIQLANDI

17 aprel 2025 , 17:30
"Nyukasl" baş məşqçisini  itirdi

"Nyukasl" baş məşqçisini itirdi

17 aprel 2025 , 16:04
Neymar ağlaya-ağlaya  meydanı tərk etdi

Neymar ağlaya-ağlaya meydanı tərk etdi

17 aprel 2025 , 13:58
De Bruyneni Çikaqoya çağırırlar

De Bruyneni Çikaqoya çağırırlar

17 aprel 2025 , 12:56