Azərbaycan Olimpiadaya qələbə ilə başladı
03 oktyabr 2022 02:02 (UTC +04:00)

Azərbaycan Olimpiadaya qələbə ilə başladı

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasına start verilib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, artıq ilk turun görüşləri keçirilib.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, iştirakçılara uğurlar arzulayıb. Ardından ilk gedişləri Fərid Qayıbovla Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç birinci lövhədə güclülərin oyununda, “Azərbaycan-Naxçıvan”ın görüşündə isə Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov edib.

Ardından ilk turun görüşləri baş tutub. Azərbaycanın 1-ci və 2-ci komandası qələbə qazanıbsa, Azərbaycan-3, Azərbaycan-4, Azərbaycan-Naxçıvan və Azərbaycan-Sumqayıt yarışa məğlubiyyətlə başlayıb.

İran – Özbəkistan-2 – 3,5:1,5
Şri-Lanka – Özbəkistan-1 – 0:4
Hindistan – Panama - 4:0
Kanada – Azərbaycan-1 – 1,5:2,5
Türkiyə-Qırmızılar - İngiltərə - 3:1
Azərbaycan-4 – Qazaxıstan – 1:3
Türkiyə-Ağlar - Cənubi Afrika1 – 2:2
Azərbaycan-Naxçıvan – Kuba – 1,5:2,5
Türkiyə-Anatolia – Malayziya – 3:1
Azərbaycan-3 – Azərbaycan-2 – 1,5:3,5
Meksika – Livan – 4:0
Honkonq – Qırğızıstan – 1,5:3,5
Monqolustan – Azərbaycan-Sumqayıt – 4:0
Cənubi Afrika3 – Moldova – 1,5:2,5
Balqladeş – Cənubi Afrika2 – 3:1
Misir – Latviya – 0:4
Gürcüstan-1 - Gürcüstan-2 – 4:0

Qeyd edək ki, 23 ölkənin 34 komandasının qatıldığı Ümumdünya Şahmat Olimpiadasında 206 şahmatçı mübarizə aparır. Yarış oktyabrın 10-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Oxşar yazılar