Azərbaycan kubokunda  bu qayda   ləğv olundu
01 iyul 2021 15:56 (UTC +04:00)

Azərbaycan kubokunda bu qayda ləğv olundu

2021/22 mövsümündən Azərbaycan kubokunda səfər qolu qaydası ləğv ediləcək.

Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

Qurum rəhbəri artıq klublarla məsələni müzakirə etdiklərini və ortaq fikrə gəldiklərini bildirib: “Bu barədə geniş müzakirə aparmışdıq. Hətta Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasova göstəriş verdim ki, klublarla, məşqçilərlə danışsın. Onların da fikri bizim üçün maraqlıdır. Düşündük ki, ən yaxşısı səfər qolunun üstünlük sayılmamasıdır. Klubların 90 faizi buna razıdır. Yeni mövsümdən bu qayda qəbul olunacaq. Düzdür, qərar hələ verilməyib, amma rəsmiləşmək üzrədir”.

Ramin Musayev UEFA-nın tətbiq etdiyi yeni qaydanı dəstəklədiyini söyləyib: “Təsəvvür edin ki, iki komanda eyni səviyyəli oyun göstərir, birinin meydançasında 0:0, birində isə 1:1 hesablı bərabərə qalırlar. Yekunda səfər qolunu vuran qalib sayılır. Bunu düzgün saymıram. Bizim də UEFA-dakı qərarı Azərbaycan kubokunda tətbiq etmək fikrimiz var”.

Qeyd edək ki, UEFA 2021/22 mövsümündən avrokuboklarda səfər qolu qaydasını ləğv edib. Qərara əsasən, iki matçdakı qolların sayı bərabər olarsa, rəqib meydanında daha çox qol vurma prinsipi sayılmayacaq, hərəsi 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq. Orada da tablodakı bərabərlik dəyişməsə, penaltilər seriyasına müraciət ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Oxşar yazılar