"Atletiko" Kurtuadan  üzr istəməsini   tələb etdi – SƏBƏB 
12 yanvar 2023 16:44 (UTC +04:00)

"Atletiko" Kurtuadan üzr istəməsini tələb etdi – SƏBƏB 

"Atletiko" "Real"ın qapıçısı Tibo Kurtuaya məktub göndərərək belçikalı futbolçunun klubdan üzr istəməsini tələb edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, əks halda, “Atletiko” Kurtuanın adı yazılan lövhəni klubun stadionundan götüməklə hədələyib.

Kurtua üç mövsüm “Atletiko”da oynayıb, onunla İspaniya çempionatı, İspaniya kuboku, Avropa Liqası və Avropa Superkubokunun qalibi olub.

Kurtuanın 2018-ci ildə "Çelsi"dən “Real”a keçməsindən sonra "Atletiko" ilə münasibətləri pisləşib. 2022-ci ildə qalib gələn Çempionlar Liqasının finalından əvvəl, Kurtua “Atletiko” üçün xoşagəlməz bir şərh verib və “Real”ın finalda oynadıqları zaman qalib gəldiyini ifadə edərək, “Atletiko”nun Çempionlar Liqasının finallarında qaymaqlı 2 məğlubiyyətinə işarə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar