Argentina 62 ildən sonra ilk dəfə Braziliyanı 3 top fərqi ilə məğlub etdi - VİDEO   -YENİLƏNİB
26 mart 2025 19:22 (UTC +04:00)

Argentina 62 ildən sonra ilk dəfə Braziliyanı 3 top fərqi ilə məğlub etdi - VİDEO -YENİLƏNİB

Dünya çempionu Argentina 62 ildən sonra ilk dəfə Braziliyanı 3 və ya daha çox top fərqi ilə məğlub etdi. Dünya çempionatının seçmə mərhələsinin 14-cü turunda Argentina Braziliyanı 4:1 hesabı ilə məğlub edərək final mərhələsinə vəsiqə qazanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Argentina Cənubi Amerika çempionatında sonuncu dəfə 1963-cü ilin martında Braziliyanı 3:0 hesabı ilə məğlub edib.1964-cü ilin iyununda Argentina yoldaşlıq görüşündə Braziliyaya yenə eyni hesabla qalib gəlib.

***

 

11:45

Futbol üzrə hazırkı dünya çempionu Argentina millisi DÇ-2026-nın seçmə mərhələsinin 14-cü turunda Braziliyaya böyük hesabla (4:1) qalib gəlib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu uğur zədə səbəbindən iştirak etməyən Lionel Messinin komandasına erkən dünya çempionatına vəsiqəni təmin etməyə imkan verib.

Argentinanın "Monumental Antonio Vespucio Liberti" arenasında təkcə Cənubi Amerikanın deyil, bütün planetin titullu komandalarının döyüşü baş tutub. 60 mindən çox tamaşaçı önündə dünyanın ən yaxşı komandası “pentakampionlar”ı 4:1 hesabı ilə məğlub edib.

Argentinanın qollarını Enzo Fernandes, Xulian Alvares, Aleksis Mak Allister və Culiano Simeone vurub. Braziliya buna Matheus Kuninin təsəlli qolu ilə cavab verib.

Evdəki uğuru sayəsində Argentina 2026-cı il Dünya Çempionatına vəsiqə qazanan ilk Cənubi Amerika komandası olub.

Messinin komandasına bu seçmə mərhələdə Boliviya ilə Uruqvay arasında 0:0 hesablı heç-heçə də kömək edib.

Boliviyalı futbolçular xal baxımından Lionel Skaloni yetirmələrinə yetişmək şanslarını itiriblər; seçmə mərhələyə dörd tur qalmış argentinalılardan 14 xal geri qalırlar.

"Bizim 31 xalımız var, asan görünə bilər, amma sizi əmin edirəm ki, bu, heç də belə deyil. Buna nail olduq, tərifə layiqdir. Bazada biz Uruqvayın Boliviya ilə səfər oyununa baxdıq, orada özümüz necə oynadığımızı xatırladıq və bunun nə qədər çətin olduğunu düşündük. Ən başlıcası turnirin finalına vəsiqə qazandıq””, - Argentina millisinin baş məşqçisi Lionel Skaloni deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3216

Oxşar yazılar